Çapa göndər
"Azərbaycan Skautlarının hərbi yaddaşı" I hissə (+FOTOLAR)

01 fevral 2019 - 23:44

Canveten.az xəbər verir ki,  Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinin I mərhələsi 30 yanvar 2019-cu il tarixində Biləsuvar rayonunda həyata keçirilmişdir. 

 

Biləsuvar rayon Gənclər Mərkəzində baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlamışdır.Gənclər Mərkəzinin nümayəndəsinin nitqindən sonra,həmçinin Azərbaycan Respublikası Gənclər Fondu,Azərbaycan Skautlar Assosiasiyası,onların fəaliyyət prinsipləri haqqında ümumi məlumat verilmişdir.

Tədbirin əsas hissəsində iştirakçılar layihənin keçirilmə məqsədi və tədbirin proqramı ilə tanış olmuş,Aprel döyüşlərindən bəhs edən video çarx izləmişdirlər.

Daha sonra Bakı Dövlət Universiteti Tarix fakultəsinin dosenti,həmçinin Qarabağ müharibəsi veteranı Atamoğlan Məmmədli Aprel döyüşləri,şəhid olmuş hərbiçilərimiz,ümumilikdə qəhrəmanlıq tariximiz haqqında iştirakçılara tarixi faktları bildirmişdir.

Tədbirin gedişatında Aprel döyüşlərində şəhid olmuş hərbiçilərimiz: Məmmədov Murad Vaqif oğlu,Novruzov Fərahim Nadir oğlu,Dəmirli Hüseyn Zeynal oğlu haqqında məlumat verilmiş,şəhid Dəmirli Hüseynin əmisi oğlu,skaut Sadiq Dəmirli şəhidimizlə bağlı xatirələrini iştirakçılarla bölüşmüşdür.

Tədbirin sonunda iştirakçılar "Azərbaycan əsgərinə salam olsun"! başlığı altında əsgərlərə məktub yazmış,tədbirdə iştiraka görə sertifikatla təltif olunmuşdurlar.

Tədbirin əsas hissəsindən sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət etmiş,şəhid olmuş hərbiçilərimizin xatirəsini anmışdırlar.

 

  Qeyd edək ki,layihənin II mərhələsi Bakı şəhərində keçiriləcəkdir.

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )