Çapa göndər
2018-сi il üzrə Özbəkistan mətbuatında Azərbaycana dair müsabiqə elan olundu

31 yanvar 2019 - 22:46

Canveten.az xəbər verir ki,  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycanın Özbəkistandakı Səfirliyi, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2019-cu il üzrə Özbəkistan KİV-ləri arasında Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə builki nominasiyaları aşağıdakı mövzular daxil edilib.

Bu il müsabiqədə əsasən qardaş ölkənin telekanallarında ölkəmizə, habelə Azərbaycan-Özbəkistan dostluğuna dair nümayiş etdiriləcək verilişlərə daha çox önəm veriləcək və bu məqsədlə müsabiqənin ilk nominasiyası Özbək telekanallarında “İlin ən yaxşı televiziya verilişi” adlandırılıb.

Bundan başqa, qeyd olunan mövzuda “ilin ən yaxşı sənədli filmi, videoçarxı və səhnə əsəri” adlı nominasiyası müəyyənləşdirilib.

İki xalq arasında dostluq əlaqələrinin inkişafı, habelə Azərbaycan mövzusunun təbliğində nəşrlərin, çap əsərlərinin mühüm əhəmiyyəti vardır. Son illərdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 50-ə yaxın Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyətinə dair kitablar Daşkənddə Özbək dilində işıq üzü görüb. Bu təbliğati işi diqqətdə saxlamaq və stumullaşdırmaq məqsədi ilə builki nominasiyaya Özbək mətbuatında “İlin ən yaxşı nəşr layihəsi, tərcümə əsəri və fəal tərcüməçisi” nominasiyaları daxil edilib.

2019-cu il ərzində Azərbaycan və Özbəkistan arasında “Dostluq əlaqələrini təbliğ edən ən fəal azərbaycanlı və özbək xadimlər, alimlər, diaspor nümayəndələri də müsabiqənin xüsusi mükafatlarına layiq görüləcəklər.

Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına dair Özbək saytlarında dərc olunan məqalələr arasında “İlin ən yaxşı məqaləsi” nominasiyası üzrə qaliblərə, habelə Özbək mətbuatında “Azərbaycan haqqında ən çox materiallar dərc edən və yayımlayan mətbu orqanlara (qəzet, jurnal, sayt, televiziya kanalı) ənənəvi olaraq ilin sonunda xüsusi mükafatlar təqdim ediləcəkdir.  

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə qalib jurnalistlər hər ilin yay aylarında Azərbaycana təşkil olunan “Mediatur”da iştirak etmək imkanı əldə edir, onlar ölkəmizin paytaxı Bakı və respublikamızın tarixi məkanlarını, mədəniyyət, turizm mərkəzlərində olaraq, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar. Samir Abbasov məhz bu layihənin əməli nəticəsi kimi Özbəkistanda İnternetdə özbək və rus dillərində “Azərbaycan” seqmenti üzrə axtarış apararkən ölkəmizə dair yüzlərlə məlumatın əldə edilməsinin mümkün olduğunu bildirib.

Qeyd edək ki, 2013-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü 10 may tarixindən başladılan müsabiqəyə maraq böyükdür, hər il Özbəkistanın çoxsaylı jurnalistləri, mətbuat nümayəndələri, fəal xadimlər, alimlər, tərcüməçilər bu layihədə iştirak edərək Özbəkistan-Azərbaycan dostluğu, Azərbaycana dair Özbək mətbuatında çoxsaylı materiallar yayımlayırlar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )