Çapa göndər
Bu dövlət əmlaklarının özəlləşdirilməsi qadağan edilir- SİYAHI

28 yanvar 2019 - 16:53

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.

Canveten.az  məlumatına görə, qanun layihəsinin 6-cı maddəsinə (Dövlət əmlakının təsnifatı) dəyişiklik təklif edilir.

Qanunun hazırkı maddəsində Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır.

Dəyişikliyə görə isə Azərbaycan Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın  özəlləşdirilməsi qadağan edilir.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik “Sərhəd qoşunları haqqında” qanunun 2018-ci il 12 iyun  tarixli tətbiqi ilə əlaqədardır.

Sənəd Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasında müzakirə ediləcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )