24 yanvar 2019 - 13:50
Ötən ilin dekabrında hər üç məktəblidən biri ən azı bir dəfə yaşıdları tərəfindən lağa qoyulub, yaxud fiziki zorakılığa məruz qalıb. Bu barədə UNİCEF-in 144 ölkə üzrə hazırladığı yeni hesabatında məlumat verilmişdir.
Eyni zamanda bir çox ölkələrdə belə halların sayının yarıbayarı azaldığı qeyd olunur.
Hesabatda deyilir ki, Şimali Amerika və Avropada məktəblilər bir-birilərinə psixoloji təzyiq göstərirlər. Dünyanın digər regionlarında ilk yeri fiziki təqib, ikinci yeri isə seksual təqib tutur. Oğlanlar daha çox fiziki hücumların qurbanı olur, qızlar isə psixoloji təqibdən əziyyət çəkirlər.
Sənədin müəllifləri həm də kiberməkanda qorxutma hallarının sayının artdığını qeyd edirlər.
Hesabatda qeyd edilir ki, başqalarından nəyi iləsə fərqlənən uşaqlar daha tez-tez təqib obyekti olurlar. Şagirdlərin dediklərinə görə, yayılma sayına görə ikinci səbəb irqi müxtəliflik, milliyyət, yaxud dərinin rəngidir.
Sənədin müəllifləri məktəblərdə baş verən zorakılığı və lağa qoymanı ciddi qlobal problemlər kimi qiymətləndirirlər.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )