Çapa göndər
Naxçıvan Bölməsinin əməkdaşları Duz Muzeyinin ekspozisiyaları ilə tanış olublar (+FOTO)

23 yanvar 2019 - 20:45

Canveten.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin əməkdaşları Duz Muzeyini ziyarət ediblər. Burada qonaqlara bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılıb və milli mədəni dəyərlərimizin qorunmasında, təbliğində, eyni zamanda tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsində xüsusi rolu var.

Qeyd olunub ki, muzeydə arxeoloji qazıntılar zamanı aşkarlanan müxtəlif dövrlərə aid daş əmək alətləri, daş çəkiclər, baltalar, həvəngdəstələr, o cümlədən Eneolit, İlk Tunc və Dəmir dövrünə aid keramika məmulatları, saxsıdan və gildən hazırlanmış duz qabları və digər eksponatlar nümayiş etdirilir.

Daha sonra bölmə əməkdaşları muzeyin ekspozisiyasına baxış keçiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )