21 yanvar 2019 - 22:42
canveten.az xəbər verir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib. Bu nüsxələr şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirlərin olması ilə diqqəti cəlb edir. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazma divanında şairin həm Nəsimi, həm də Hüseyni təxəllüsü ilə yazdığı şeirləri vardır. Nəsimi divanının sürətləri yeni əldə edilmiş nüsxələri şairin yaradıcılığının tədqiqi baxımından böyük maraq kəsb edir.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )