Çapa göndər
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib (+FOTOLAR)

16 yanvar 2019 - 19:38

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə  iştirak edib.
Görüşdə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün təlim, dəstək və məsləhət məqsədilə NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli dəstək” missiyasının əməliyyat şəraiti və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb, həmçinin 2019-cu il və sonrakı dövrlərlə bağlı fikir və tövsiyələr dinlənilib.