28 dekabr 2018 - 18:26
Canveten.az xəbər verir ki, BSU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələr qarşısında çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin tarixi əhəmiyyətindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin bu günü təsis etməkdə məqsədinin bütün dünyadakı azərbaycanlıları bir araya gətirmək, Azərbaycan dövlətibnin və xalqının beynəlxalq aləmdə hüquqlarını müdafiə etmək olduğunu bildirib.
O, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini, ölkəmizin nüfuzunun gündən-günə artmasında dövlət strukturları ilə bərabər, diaspor təşkilatların da mühüm rol oynadığını nəzərə çatdırıb. Rektor gənclərə üzünü tutaraq onları dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızla əlaqələr qurmağa çağırıb.
Prof. N.Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün həm də beynəlxalq aləmdə sülhə və barışa xidmət etdiyini, qarışılıqlı humanitar münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını deyib. Daha sonra rektor Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə universitetin bütün kollektivini səmimi-qəlbdən təbrik edib.
O, iyirmi beş nəfər tələbəyə təhsildəki uğurlarına və universitetin ictimai həyatında fəal iştiraka görə Təşəkkürnamələr təqdim edib.
Tədbir konsert proqramı ilə davam edib. BSU-nun “Nur” vokal qrupu, “Arzu” rəqs ansamblı ilə yanaşı, respublikanın əməkdar artistləri Gülüstan Əliyeva, Nuriyyə Əhmədova, Firuzə İbadova, xalq artisti İlqar Muradov, gənc müğənni Fərhad Xəlif bayram tədbirinə xüsusi ab-hava qatıblar.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )