Çapa göndər
Metronun “28 May” stansiyasındakı gərginliyin səbəbi AÇIQLANDI

24 dekabr 2018 - 23:59

Bu gün axşam saatlarında "Bakı Metropoliteni"nin "28 May" stansiyasının əsas girişi qısamüddətli bağlanıb. Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, buna səbəb stansiyada sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir: "Pik saatlara görə stansiyada sərnişin sıxlığı müşahidə edilib. Sıxlıq yarandığı üçün qaydalara uyğun olaraq sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi saat 19:00 radələrində 5 dəqiqəlik bağlanıb. Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra yenidən stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )