24 dekabr 2018 - 19:13
Liviyanın eks-diktatoru Müəmmər Qəzzafinin oğlu Rusiyadan siyasi dəstək istəmişdir. Bu barədə "Bloomberg” agentliyi xəbər verir.
Bu yaxınlarda amnistiya ilə həbsxanadan çıxmış 46 yaşlı Seyfəlislam dekabrın əvvəllərində nümayəndəsini Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşə göndərmişdir. Nümayəndə rusiyalı diplomata Prezident Vladimir Putin üçün məktub vermişdir.
Məlumata görə, Seyfəlislam gələn il ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.
Xatırladaq ki, Müəmmər Qəzzafi 2011-ci il oktyabrın 20-də NATO-nun dəstəklədiyi qiyamçılar tərəfindən qətlə yetirilmişdir. Onun ölümündən sonra Liviyada vətəndaş müharibəsi başlamışdır. Hazırda ölkədə iki hökumət - şərqdə, Tobruq şəhərində xalqın seçdiyi parlament, qərbdə, Trablisdə BMT-nin və Qərb ölkələrinin dəstəyi ilə formalaşdırılmış milli barışıq hökuməti fəaliyyət göstərir.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )