Çapa göndər
Ukraynada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb

22 dekabr 2018 - 15:32

Ukraynada İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Səfirlik tərəfindən hazırlanan 2 növ poçt markasında Mehdi Hüseynzadənin təsviri yer alıb. Sayı 2000 ədəd olan poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev