Çapa göndər
Müdafiə naziri komanda idarəetmə məntəqəsinin açılışında iştirak edib (+FOTOLAR)

17 dekabr 2018 - 15:17

Dekabrın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti nazirliyin baş idarələrindən birinin istifadəyə verilən komanda idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.
Müdafiə nazirinə hərbi obyektin təyinatı və fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, komanda məntəqəsi tabelikdə olan bölmələrin operativ idarə olunması və qərarların qəbul edilməsi üçün yuxarı komandanlığa məruzələrin hazırlanmasını həyata keçirir.
İdarəetmə məntəqəsinin bütün xidməti və inzibati otaqları yeni texniki avadanlıqla təchiz edilib, mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib, asfalt örtüyü salınıb, habelə binaya mərkəzləşdirilmiş istilik sistemi, elektrik, su və qaz xətti çəkilib.
Müdafiə naziri bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin daim diqqət mərkəzində saxlanılmasını bir daha xatırladaraq məntəqənin imkanlarının genişləndirilməsi ilə əlaqədar müvafiq göstərişlər verib.