Çapa göndər
Səudiyyə Ərəbistanı ABŞ-ı cəzalandırmaq istəyir

15 dekabr 2018 - 13:33

Səudiyyə Ərəbistanı yaxın həftələr ərzində Birləşmiş Ştatlara neft ixracını xeyli azaltmağa hazırlaşır.

Modern.az-ın məlumatına görə, Krallıq bununla bazarda neft hasilatının azaldılması barədə OPEK+ üzrə yeni razılaşmanın şərtlərinin yerinə yetirilməsində qətiyyətli olduğunu göstərmək istəyir.

"Bloomberg" bazardakı mənbəyə istinadən yazır ki, artıq yanvarda son üç ayla müqayisədə ABŞ-a neft ixracının təqribən 40 faiz azalacağı gözlənilir.