Çapa göndər
Nəhəng bank neftin qiymət proqnozunu aşağı saldı

06 noyabr 2018 - 16:10

Təchizatların gözlənilən həcmdən artıq olmağa davam etməsi ilə əlaqədar "Morgan Stanley"in analitikləri 2019-cu il üçün etalon markalara malik neftin qiymət proqnozunu aşağı salıblar.

İndi ekspertlər "Brent" markalı neftin bir barelinin bu ilin dördüncü rübündən 2019-cu ilin üçüncü rübünün sonuna qədər əvvəlcədən proqnozlaşdırıldığı kimi, 85 dollar yox, orta hesabla 77,5 dollar təşkil edəcəyini, gələn ilin oktyabr-dekabr aylarında isə 80 dollar (daha əvvəl 87 dollar proqnozlaşdırılıb - red.) olacağını düşünürlər.

WTI markalı neftlə bağlı ilk proqnoz bir barrel üçün 70 dollar səviyyəsindən 68,5 dollara düşübsə, ikinci proqnoz 80,5 dollar/bareldən 71 dollar/barelə düşüb.