Çapa göndər
Cüdoçumuz Rüstəm Orucov “World Masters” turnirinin qalibi olub

15 dekabr 2018 - 17:47

Azərbaycan cüdoçusu Rüstəm Orucov Çinin Quançjou şəhərində keçirilən “World Masters” turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, turnirdə 73 kiloqram çəkidə mübarizə aparan Olimpiya Oyunlarının bürünc mükafatçısı R.Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, həlledici görüşdə kanadalı Artur Marjelidonu məğlub edib.

İki gün davam edəcək turnirdə daha 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.