Çapa göndər
Əmanətlərlə bağlı məlum qanun qüvvədən düşəcək

06 noyabr 2018 - 09:56

5 ay sonra “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda əmanətlərin tam sığortalanması ilə bağlı nəzərdə tutulan müddət qüvvədən düşür. Belə ki, 2016-cı ilin martın 1-də qüvvəyə minən sözügedən qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır. Bu isə o deməkdir ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq. Bu qanunu 2016-cı ildə, neftin dünya bazar qiymətləri yüksək olmayan dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımdan vacib addım hesab edilir. Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortlanması banklarda depozitin saxlanmasını təşviq etdi. Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qayatarılması da depozit yığımlarına maraq yaradır. Bu qanun o zaman qəbul edilməsəydi əmanətlərin banklardan kütələvi çəkilməsi baş verə bilərdi. Bu baxımdan, məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi məbləğindən asılı olmayaraq əmanətlərin tam slğortlanmasl müddətinin daha 3 il uzadılması məqsədəuyğundur. Daha uyğun olardı ki, müddətin uzadılması ilə bağlı qərar 2018-ci ilin sonunadək qəbul edilsin. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub vəsiatlərini banklardan götürmə riski aradan qalxar.