Çapa göndər
Nazir: "Gələn il böyük vergi islahatı olacaq"

05 noyabr 2018 - 14:37

“Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən müddət ərzində dövlət büdcəsinin müəyyən gəlirindən faktiki olaraq imtina edirik”.

"BI" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında deyib. Nazir bildirib ki, onlar iqtisadiyyatda şəffaflaşma baş verməsini, kölgə iqtisadiyyatının tədricən azaldılmasını və bunun üçün sahibkarlar üçün stimul yaradılmasını istəyir.

“Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə, Dövlət Neft Fondundan transfert əhəmiyyətli dərəcədə artmır".

O qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyələşdirilirdi. Qeyd edib ki, indi bunlar dövlət büdcəsi ilə maliyyələşdiriləcək.