05 noyabr 2018 - 08:55
Dünya birjalarında neft ucuzlaşıb
"Bİ" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,45 dollar və ya 0,71% azalaraq 62,69 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,42 dollar və ya 0,58% ucuzlaşaraq 72,41 dollar təşkil edib.