Çapa göndər
İlon Mask Səudiyyəni jurnalistin qətlinə görə cəzalandıracaq

04 noyabr 2018 - 15:24

İş adamı İlon Mask bəyan edib ki, “Tesla” şirkətinin jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar Səudiyyə Ərəbistanının maliyyə dəstəyindən imtina etməsi mümkündür.

"BI" bu barədə CNBS-ə istinadla xəbər verir.

“Düşünürəm ki, böyük ehtimalla, biz bu addımı atacağıq”, - Mask deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının müstəqil rifah fondu bir neçə dəfə Maska onun şirkətinin bir hissəsinin alınması xahişi ilə müraciət edib.