Çapa göndər
Dizellə işləyən avtomobillərə qadağa - MAŞINLAR UCUZLAŞACAQ

03 noyabr 2018 - 13:34

Almaniya Ali Məhkəməsi dizel avtomobillərinin qadağan edilməsinə icazə verib.

""  xəbər verir ki, artıq ölkənin bir neçə böyük şəhərlərində qadağa tətbiq olunub. Bu qərar Avropanın ən böyük avtomobil bazarı sayılan Almaniyada dizel avtomobillərinin qiymətinin enməsinə və avtomobillərə tələbatın dəyişməsinə ciddi təsir edəcək. Maraqlıdır, Almaniya maşınlarının daimi müştəriləri olan azərbaycanlı avtomobil həvəskarları bu qərardan bəhrələnə biləcəklərmi? Ucuzlaşma ölkəmizin maşın bazarına necə təsir edəcək?

 

Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bu haqda sualları cavablandırıb:

"Qərarın Azərbaycana cüzi təsiri ola bilər. Almaniyada dizellə çalışan maşınların istifadəsinə qadağa tədricən həyata keçiriləcək. Ölkənin daxili bazarı üçün istehsal yığışdırılacaq, daha sonra həmin avtomobillər digərləri ilə əvəzlənəcək.

Ehtimal var ki, hazırda Almaniyada istifadəsinə qadağa qoyulan dizellə işləyən avtomobillər nisbətən ucuz qiymətə satıla bilər. Həmin maşınların bir hissəsi Azərbaycana gəlib çıxa bilər.

 


Lakin avtomobillərin idxal olunması zamanı əsas xərclər var ki, bunlar da gömrük rüsumları, aksiz və eyni zamanda əlavə dəyər vergisidir. Bu xərclər qiymətə əhəmiyyətli dərəcədə təsir etməyəcək.
Tutalım 15 min avroluq avtomobilin qiyməti öldürülüb, 5 min avroya salınacaqsa, bu gömrük rüsumlarına 15 faiz təsir edəcək. Bu da o qədər böyük rəqəm olmayacaq".