Çapa göndər
“Kapital Bank”ın səhmləri ticarətdən çıxarılır

03 noyabr 2018 - 10:17

 Noyabrın 30-da, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"BI" xəbər verir ki, yığıncaq Bankın baş ofisinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank”ın imtiyazlı səhmlərinin delistinq edilməsi və digər məsələlər daxildir.