Çapa göndər
Sükan arxasında siqaret çəkmək 50 AZN...

11 dekabr 2018 - 13:14

Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvə alıb.

Bu barədə məlumatı ekspert Ərşad Hüseynov yayıb.

O bildirib ki, bu gündən etibarən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barədə qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə alıb:

“İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər”