Çapa göndər
Növbəti depozit hərracı keçiriləcək

02 noyabr 2018 - 13:06

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

 BI xəbər ki, 05 noyabr 2018-ci il tarixində keçiriləcək hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur.  

Müddət 14 gün, faiz dərəcəsi 7,76% –  9,74% aralığında müəyyən olunub. 

Qeyd edək ki, bundan əvəl faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən olunurdu. Faizlərin aşağı salması Mərkəzi Bankın uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı həddini endirməsi ilə bağlıdır.

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 30 oktyabr 2018-ci il tarixində uçot dərəcəsinin 10%-dən 9.75%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə ±2%-lik dəhlizdə (yuxarı hədd 11.75%, aşağı hədd 7.75%) müəyyənləşdirilmişdir.