02 noyabr 2018 - 12:03
"Volkswagen" yeni kompakt pikapın premyerasını elan etdi
"Bİ" xəbər verir ki, "Volkswagen" yeni kompakt pikapın premyerasını elan edib.
Yeni modelin prototipi Sao Paulo avtosalonunda təqdim olunub. Avtomobil xüsusən Volkswagen Tiguan crossover tərəfindən istifadə edilən MQB platformasında inşa ediləcək və Volkswagen Amarok avtomobildən daha kompakt olacaq.
Modelin əsas xüsusiyyəti ondan ibarət olacaq ki salonda ikinci sıra oturacaqlar qatlanan olacaq (arxa şüşə ilə birlikdə) və lazım olduqda yük bölməsinin uzunluğunu artırmağa imkan verəcək. Yeni Volkswagen ilk dəfə braziliya bazarında görünəcək. Sonra modelin istehsalı və satışı digər ölkələrdə planlaşdırılır.