Çapa göndər
Neft ucuzlaşmaqda davam edir

02 noyabr 2018 - 08:32

Dünya birjalarında neft ucuzlaşıb.

"" xəbər verir ki, hazırda  Nyu-Yorkun “NYMEX” əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelə görə qiyməti 0.28 dollar və ya 0.44% ucuzlaşaraq  63,41 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,26 dollar və ya 0.36% ucuzlaşaraq 72,63 dollar olub.