Çapa göndər
Bakının Mərkəzi Univermağını gələcəkdə nə gözləyir?

02 noyabr 2018 - 00:15

Mərkəzi Univermaq (MUM) sovet Bakısının məşhur görməli yerlərindən biri sayılır. İlk dəfə MUM öz qapılarını ötən əsrin 60-cı illərinin əvvəlində açıb. O vaxt SSRİ-nin böyük şəhərlərində mərkəzi univermaqlar inşa etmək dəbdə idi.

Bir neçə il əvvəl Bakı MUM-un binasında yaxşı ticarət var idi: alıcı əlindən tərpənmək olmurdu. Lakin indi o, az qala paytaxtın hər bir rayonunda tikilən çoxsaylı ticarət mərkəzlərinə (mall) uduzub. 

 

"" xəbər verir ki, zərgər piştaxtasının sahibi Əhməd Ağazadənin sözlərinə görə, son illərdə MUM-da alış-veriş azalıb. 

Onun fikrincə, səbəblərdən biri də onlayn ticarətin populyarlaşmasıdır. A. Ağazadə bildirib ki, MUM-da alış-veriş əvvəlki kimi deyil.

“Ola bilsin ki, bu, indi insanların fərqli həyat tərzi sürmələri yaxud da maliyyə ilə bağlıdır. Əvvəl kişilər öz həyat yoldaşlarına bayram hədiyyəsi almaq üçün heç olmasa ildə bir dəfə MUM-a gəlirdilər”, - deyə Ə. Ağazadə vurğulayıb.

 

O qeyd edib ki, hazırda insanlar Mərkəzi Univermağa əsasən toydan toya gəlirlər. 

“Lakin sizə onu deyə bilərəm ki, əgər keyfiyyətli zərgərlik məmulatları almaq istəyirsinizsə, onları kənarda ala bilməzsiniz. Bizdə brilyant daşlarının tərkibi yaxşıdır, əyarı və keyfiyyəti yüksəkdir. MUM-da bütün məhsullar keyfiyyət yoxlanışından keçir, burada keyfiyyətsiz məmulatların satışı mümkün deyil”, - deyə Ə. Ağazadə bildirib. 

Satıcı əmindir ki, məhz bu səbəbdən yaxın 10 ildə MUM-un bağlanmasından söhbət belə gedə bilməz.

Bakı şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Bakı Mərkəzi Univermağının bağlanması gündəmdə deyil.