Çapa göndər
Dövlətə məxsus MMC 30 ədəd NİVA alır

31 oktyabr 2018 - 11:55

Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastırı Dövlət Reyestri Xidmətinin Tabeliyindəki "Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi" MMC tender elan edib.

 

Tenderə əsasən, 30 ədəd NİVA avtomobili satın alınır. Tenderdə sözügedən avtomobilin satışı ilə məşğul olan şirkətlər iştirak edə bilərlər. İştirak haqqı 800 manatdır.