Çapa göndər
Şamaxının yeni başçısı nazir müşaviri olub

30 oktyabr 2018 - 16:30

Prezident İlham Əliyevin Şamaxıya icra başçısı təyin etdiyi Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb. O, eyni zamanda, Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub.

” xəbər verir ki, T. Məmmədov mediada da tanınmış simadır. Belə ki, yeni başçı İctimai Televiziyada departament direktoru olub və “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib. 

T. Məmmədov Avropa Şurasının Alt Komissiyasında “İnformasiya cəmiyyətinin inkişafı” daimi işçi qrupunun üzvü və  Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi olub, hazırda YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədridir.