29 oktyabr 2018 - 14:02
“ASAN Xidmət”in yeni layihələrdən biri də “E-Qəza” sistemidir.
"BI" xəbər verir ki, xüsusi avadanlıq və proqram təminatından ibarət olmaqla avtomobillərdə yerləşdirilən bu sistem qəza zamanı sürücü və qəzanın yeri barədə məlumatların avtomatlaşmış “E-Qəza” mərkəzinə ötürülməsi və lazımı təxirəsalınmaz xidmət əməkdaşlarının qəza yerinə göndərilməsini təmin edir.
Sistem vasitəsilə sürücü ilə əks əlaqə yaratmaq və daha ətraflı məlumat əldə etmək imkanı da yaradılacaq.