Çapa göndər
Azərbaycanda hər 100 nəfərə neçə sabit telefon düşür?

29 oktyabr 2018 - 09:01

Azərbaycan sabit telefon abunələrinin sayı məsələsində geridə qalır.

” xəbər verir ki, bu barədə məlumat “Azərbaycanda biliyə əsaslanan və innovativ iqtisadiyyatın inkişaf etdirilməsi – qiymətləndirmə və təkliflər sənədi”ndə qeyd olunub.

Bildirilir ki, eyni əhali sayına malik Avstriyada hər 100 nəfərə 42 telefon, Portuqaliyada 44 telefon, Belarusda 49 telefon düşürsə, Azərbaycanın hər 100 nəfərə düşən 18,7 telefon göstəricisi bu rəqəmlərin yarısından belə azdır.

“Sabit geniş zolaqlı internet abunələrinin sayı və sabit telefon xətlərinin sayı üzrə göstəricilərin orta göstəricilərdən aşağı olması xüsusi narahatlıq doğurur. Bu, ehtimal ki, sabit telefon şəbəkəsinin tam qurulmadığını göstərir”, - deyə sənəddə qeyd olunur.