Çapa göndər
İran neftin birja hərraclarını keçirməyə başlayıb

29 oktyabr 2018 - 08:32

İran ABŞ-ın ona qarşı tətbiq edəcəyi sanksiyalara bir həftə qalmış neftin tədarük fyuçerslərinin hərracını keçirməyə başlayıb.

Bİ” xəbər verir ki, bu barədə İranın "Irenex" birjası məlumat yayıb.

Birjanın məlumatına görə, hərracların birinci günü alıcılara 1 milyon ton yüngül İran nefti təklif olunub, tələbat 350 min barel təşkil edib, lakin 280 min barel neft satılıb. Sövdələşmələrin orta qiyməti bir barelə görə 74,85 dollar təşkil edib.

Bildirilir ki, sövdələşmələrin 20 faizinin hesablanması rial ilə, 80 faizi isə xarici valyuta ilə aparılıb. Tədarüklərin başlanma tarixi göstərilmir.