Çapa göndər
Azərbaycanda "Ağıllı kənd" yaradılır – İLK DƏFƏ

28 oktyabr 2018 - 22:59

Azərbaycanda ilk dəfə olaraq «Ağıllı kənd» layihəsinin reallaşdırılmasına başlanıb.

 "Bİ"əbər verir ki, bu barədə Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında prezident İlham Əliyevə Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib. Nazirin sözlərinə “Ağıllı Kənd” – “Dövlət Kənd İnkişafı layihəsi” çərçivəsində yaradılır.

Bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir.

“Ağıllı Kənd” layihəsi bir çox mühüm elementləri özündə birləşdirir.

Onların arasında məktəblərdə elektron tədris və təlim mərkəzləri, onlayn təlim platforması, elektron tibbi xidmətlər, alternativ və bərpa olunan enerjidən istifadə, ağıllı suvarma sistemləri, elekton və SMS məlumatlandırma daxildir.

Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir.

Layihə “Ağıllı Dövlət İdarəçiliyi” istiqamətində elektron kənd təsərrüfatı, elektron xidmətlər, “bir pəncərə” sistemi, GIS əsaslı real zamanda nəzarət və ağıllı yerli idarəetmə imkanlarını da nəzərdə tutur.