Çapa göndər
“Bakı Sığorta”nın səhmdarları növbədənkənar toplaşacaq

27 oktyabr 2018 - 10:43

Noyabrın 26-da, saat 11:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 315C ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bakı Sığorta” ASC 9 fevral 1994-cü il tarixindən etibarən tam lisenziyalı sığorta fəaliyyəti həyata keçirir. Təsisçiləri “Bank Respublika”, ASC “Yeni Motor” MMC, “Diamond Motors” MMC, “Subaru Azərbaycan” MMC və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 8 925 444 manat təşkil edir.