Çapa göndər
Nazir: "Hər il Azərbaycan əmək bazarına 100 minə yaxın yeni işçi qüvvəsi gəlir"

25 oktyabr 2018 - 18:10

 "İqtisadi artımın dayanıqlığını təmin etmək üçün həm ətrafın mühitin qorunması təmin edilməlidir, həm də hər kəs üçün bərabər imkanları yaradılmalıdır".  

"" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dayanıqlı İnkişafa dair Bakı forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan höküməti tərəfindən əhalinin məşğulluğu baxımından silsilə addımlar atılır: "Həm qanumvericliyin təkmilləşdirilməsi istiqamətində addımlar atmışıq, əlilliklə bağlı qanunvericilik aktları, əməyin mühafizəsi istiqamətində normativ hüquqi sənədlər hazırlamışıq. Bununla yanaşı, əmək bazarının ehtiyacları ilə insan resursları arasında müvafiq təhlillərin aparılması və balansın qurulması istiqamətində, əməyin mühafizəsi fondunun yaradılması istiqamətində işlər aparılır".

S.Babayev vurğulayıb ki, real həyatda məşğulluğun genişləndirilməsi üçün müxtəlif mexanizmlərdən istifadə olunur: "Bu ilin 9 ayı ərzində 100 mindən çox Azərbaycan vətəndaşına peşə yönümlü dəstəklər, məsləhətlər, tədrislər və digər istiqamtdə yardımlar göstərilib. Özünəməşğulluq proqramının icrası ilə əmək bazarında məşğulluq imkanları məhdud olan şəxsləri tam şəkildə əmək bazarına cəlb edirik. Gəlirlərin, ÜDM-in artımı və digər əldə edilən uğurlar Azərbaycanın əmək resurslarının səriştəsinin inkişafına bir sübutdur. Lakin görüləcək işlər çoxdur. Azərbaycan gənc ölkə kimi öz qarşısında duran çağırışlara adekvat cavab verməlidir". 

Nazir bildirib ki, hər il Azərbaycan əmək bazarına 100 minə yaxın yeni işçi qüvvəsi gəlir. 10 mln.luq ölkə üçün kifayət qədər böyük həcmdir. 15 ildə açılan 2 mln.dan çox iş yerinin 1,6 mln.u daimi olub. Cari işsizlərin problemini həll etməklə yanaşı, ildə əlavə 100 min şəxsin əmək bazarına gəlməsi üçün imkanlar yaratmalıyıq. Azərbaycanda pensiya yaşına çatanlar 14 %-ə yaxındır və kifayət qədər aşağı rəqəmdir. Əhali gənclərin məşğulluq qabiliyyəti var, onları məşğulluğu təmin olunması istiqamətində işlər görülməlidir. Azərbaycan tək ölkəmizdə məşğulluğu təmin etmir, eyni zamanda regionda məşğulluğu və iqtisadi artıma ciddi töhvələr verir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr, neft, qaz boru kəmərləri, nəqliyyat layihələri və s. regionun iqtisadi artımına, məşğulluğuna ciddi dəstəkdir. Bu tip layihələr artırılmalıdır".