Çapa göndər
Azərbaycanda benzin istehsalı artacaq

25 oktyabr 2018 - 16:50

Gələn il Azərbaycanda 1 310,7 min ton avtomobil benzini istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 1,5% çoxdur.

Bu barədə 2019-cu il büdcə zərfində deyilir.

Məlumata görə, 2020-ci ildə 1 186,2 min ton, 2021-ci ildə 1 424,1 min ton, 2022-ci ildə 1 443,8 min ton avtomobil benzini istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən, ölkədə 1 291,3 min ton avtomobil benzini istehsal olunacağı ehtimal olunur.