Çapa göndər
Dollar alqı-satqısından ən çox qazanan bank məlum oldu

25 oktyabr 2018 - 16:31

Azərbaycan bankları arasında ABŞ dollarının nağd alqı-satqısından ən çox gəlir götürən bank “Naxçıvan Bank”dır.

Ölkənin yeganə regional bankında 1 Amerika valyutasının nağd alış və satış qiymətləri arasında 1,5 qəpik fərq var.

Növbəti sıralarda “AGBank” və Pakistan Milli Bankının Bakı filialı dayanıb. Bu banklar hər dolların alqı-satqısından müvafiq olara 1 qəpik və 0,8 qəpik qazanırlar.

Dolların nağd alqı-satqısından ən az gəlir götürən bank “Günay Bank”dır. Bu bankda sözügedən fərq cəmi 0,1 qəpikdir.

Banklar ABŞ dollarının məzənnəsi Fərq
Nağd alış Nağd satış
1 Access Bank 1,6990 1,7020 0,0030
2 AFB Bank 1,6990 1,7015 0,0025
3 AGBank 1,6950 1,7050 0,0100
4 Amrah Bank 1,7000 1,7025 0,0025
5 Atabank 1,6980 1,7020 0,0040
6 Azərbaycan Beynəlxalq Bankı 1,6970 1,7030 0,0060
7 Azərbaycan Sənaye Bankı 1,6990 1,7020 0,0030
8 Azər-Türk Bank 1,6950 1,7020 0,0070
9 Bank Avrasiya 1,6980 1,7020 0,0040
10 Bank BTB 1,6980 1,7020 0,0040
11 Bank of Baku 1,6980 1,7030 0,0050
12 Bank Respublika 1,6970 1,7030 0,0060
13 Bank Silk Vey 1,6990 1,7015 0,0025
14 Bank VTB Azərbaycan 1,6990 1,7020 0,0030
15 Express Bank 1,6990 1,7020 0,0030
16 Günay Bank 1,7005 1,7015 0,0010
17 Xalq Bank 1,7000 1,7020 0,0020
18 İran Milli Bankının Bakı filialı 1,6980 1,7025 0,0045
19 Kapital Bank 1,6970 1,7020 0,0050
20 Muğan Bank 1,6970 1,7025 0,0055
21 Naxçıvan Bank 1,6900 1,7050 0,0150
22 NBC Bank 1,6970 1,7025 0,0055
23 Nikoyl Bank 1,6980 1,7030 0,0050
24 Pakistan Milli Bankının Bakı filialı 1,6950 1,7030 0,0080
25 PAŞA Bank 1,6975 1,7020 0,0045
26 Rabitəbank 1,6970 1,7025 0,0055
27 Turan Bank 1,6995 1,7015 0,0020
28 Unibank 1,6990 1,7015 0,0025
29 Yapı Kredi Bank Azərbaycan 1,6975 1,7025 0,0050
30 Zıraat Bank Azərbaycan 1,6960 1,7030 0,0070