Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 95 260 (+500) nəfər canlı qüvvəsi, 2966 (+0) tank, 5930 (+2) ədəd zirehli döyüş maşını, 1931 (+2) ədəd artileriya sistemi, 404 (+7) reaktiv yaylım atəşi sistemi, 211 (+0) hava hücumundan müdafiə sistemi, 281 (+0) təyyarə, 264 (+0) helikopter, 1617 (+0) PUA, 592 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4549 (+5) avtomobil texnikası və avtosistern, 170 (+1) xüsusi texnikası məhv edilib.
Bütün hüquqlar qorunur © 2023