Təqvim
İsmayıllıda böyük turizm mərkzləri tikilir
25 oktyabr 2018 - 08:58

Hazlrda İsmayıllı rayonu ərazisində bir neçə iri həcmli istirahət-turizm obyektləri tikilir.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş ümumrayon toplantısındakı hesabat məruzəsində bildirib ki,  İsmayıllı şəhərində 4 ulduzlu otel binasının, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzinin, Tircan kəndi ərazisində “Bədo əyləncə istirahət mərkəzi”nin, Talıstan kəndi ərazisində “İstirahət Kompleksi”nin və çoxsaylı digər obyektlərin tikintisi davam etdirilir.  

“Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzi İsmayıllı şəhəri Nizami Gəncəvi küçəsində tikilir. Mərkəz 1 girişli 3 mərtəbəli binadan ibarət olacaqdır. Layihənin ümumi dəyəri 1 milyon 795 min manatdır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə