Milli Olimpiya Komitəsi — 30 Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə keçirilən rayon turnirinin qrup oyunları başa çatıb. “Azərbaycan Respublikası Olimpiya Komitəsi-30 il” devizi altında “Ərkivan Arena”da təşkil olunan turnirin qrup oyunlarının nəticəsinə əsasən “A” və “B” qrupu üzrə 4 komanda növbəti mərhələyə vəsiqə qazanıb. 14 noyabrda “UGİM”-“Xəstəxana” (saat18:30), “Banks United”-“Azərişıq” (saat 19:30), 17 noyabrda isə “Polis şöbəsi”-“Qaz idarəsi” (saat 18:30), “İcra Hakimiyyəti”-“Masal Mebel” (saat 19:30) qarşılaşacaq. Oyunlar “Ərkivan Arena”da olacaq. Akif AĞAYEV, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.
Bütün hüquqlar qorunur © 2023