Təqvim
Masallıda tədbir - “Vətənə əsgər olaq”
23 iyun 2023 - 18:53

“Vətənə əsgər olaq” – Masallıda tədbir
 

 

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon Heydər Əliyev Mərkəzi və “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri” İctimai Birliyi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Gününə həsr edilmiş “Vətənə əsgər olaq” adlı tədbir keçirilib.
Muzeydə təşkil olunan dəyirmi-masada hərbçilər, şəhid ailələri, müharibə veteranları, qazilər, mədəniyyət və mətbuat işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ordu quruculuğunda əməyi olanların, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin rayon təşkilatının sədri Məmmədağa Şiriyev, “Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri” İctimai Birliyi Masallı filialının sədri Nahid Rəhimov, Masallı Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə, ehtiyatda olan hərbçilərdən Ramiz Tağıyev, Ədalət Hüseynov, Vətən müharibəsi iştirakçısı Həmid Mənsimov və başqaları Azərbaycan Ordusunun yaranması, inkişafı və 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən danışıblar. 
Şəhid anası Mehriban Sultanzadə gənclərin vətənpərvər ruhda yetişməsində bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq, Vətənin keşiyində mərd dura bilən igid oğul böyütdüyünə görə qürur duyduğunu bildirib.
Masallı Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Ceyhun Bəsirov ordunun mübarizliyinin onun xidmətində duran əsgərdən asılı olmasından bəhs edərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını vurğulayıb.
Təşkilat komitəsi tərəfindən bir qrup ehtiyatda olan hərbçi, şəhid ailəsi və müharibə iştirakçısı, eləcə də Vətən müharibəsi zamanı arxa cəbhədə xidməti olanlar “Təşəkkürnamə” və Fəxr fərmanlarla təltif edilib. 
Tədbir iştirakçıları muzeyin Silahlı Qüvvələr Gününə həsr edilmiş “Mübariz ordumuz” adlı sərgisi ilə də tanış olublar.
 
Akif AĞAYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə