Prezident İlham Əliyev “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib: Direktorlar Şurasının sədri Azər Bayramov – maliyyə nazirinin müavini Direktorlar Şurasının üzvləri Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.
Bütün hüquqlar qorunur © 2024