Təqvim
Daha 19 dövlət əmlakı özəlləşdirildi
23 oktyabr 2018 - 13:28

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən ""yə verilən məlumata görə, bu dəfə prosesdə ümumilikdə 19 dövlət əmlakı özəlləşdirilib. Onlardan 5-i kiçik dövlət müəssisə və obyekti, 8-i qeyri-yaşayış, 1-i yarımçıq tikili, 5-i isə nəqliyyat vasitəsidir.

Vətəndaşların marağına səbəb olan kiçik dövlət müəssisə və obyektləri respublikanın rayon və şəhərlərində yerləşir. Oğuz şəhərində geniş torpaq sahəsinə malik tütün anbarının ümumi faydalı sahəsi 1659.2 kv.m-dir. Dövlət əmlakının yenidən qurulması və ya fəaliyyətinin bərpası onu sahibi üçün gəlirli sahəyə çevirə bilər. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən əmlak kompleksi də qazanclı biznes üçün münasibdir. Ümumi faydalı sahəsi 237,2 kv.m olan bu dövlət obyekti torpaq sahəsi ilə birgə özəlləşdirilib. Cəlilabadda tara müəssisəsi, Mingəçevirdə yardımçı təsərrüfat, Lənkəranda qeyri-yaşayış binası kimi əmlaklar da bu hərracda öz sahibini tapıb.

Xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri bu hərracda da vətəndaşları özünə cəlb edə bilib. Paytaxtdakı qeyri-yaşayış sahələri Nəsimi, Səbail və Binəqədi rayonlarında yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracında rəqabətli mühit müşahidə olunub. İlkin qiymət 5 min manat təyin olunan bu obyektə qalib iştirakçı 5 min 100 manat təklif etdi. Rayonlar üzrə özəlləşən qeyri-yaşayış sahələrindən biri Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12/1 ünvanında yerləşir. Ümumi faydalı sahəsi 89.3 kv.m olan bu obyektə iştirakçi 12 min 500 manat təklif edib.

Özəlləşdirilən Daewoo Nexia və Kia Optima markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-ci ildir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 oktyabr tarixində keçiriləcək. Ayın son hərracına ümumilikdə 130 dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
İnşaat və əmlak

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə