Gülağa Tənha: MƏNİM
Baxırsan, gözün yanır,
Susursan, sözün yanır,
Anırsan üzün yanır,
Qınağım – yaşım mənim.
Ürək doludur hələ,
Eşqim gəlibdir dilə.
Tələsmə son mənzilə,
Ağarma, başım mənim.
İçim zar-zar ağlayır,
Həyat eşqim çağlayır,
Yaşamağa haylayır,
Oğul-uşağım mənim.
İspaniya, 2001
Bütün hüquqlar qorunur © 2025