Təqvim
Əziz Səncərdən "TEKNOFEST Azərbaycan"da gənclərə ÇAĞIRIŞ
28 may 2022 - 16:25

"Mən məmləkətimiz deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam".

Bunu Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər "TEKNOFEST Azərbaycan"da çıxışı zamanı bildirib.

"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə bağlı Azərbaycan və Türk dünyasını təbrik edirəm. Gənclər, sizlərə bir neçə əhəmiyyətli məsləhət verirəm. Mən "xərcəngə qarşı dərman tapa bilərəmmi?", - deyə fikirləşirdim. Gördüyünüz hər işin ən yaxşı olmasına çalışın. Ən yaxşısı ölkənizə və insanlığa yardım etməyə çalışın. Dürüst və ədalətli olun. Sevgili gənclər, məmləkətinizi sevməkdən usanmayın, yorulmayın, əl çəkməyin. Ölkənizin inkişafı üçün yorulmadan çalışın. Fateh Sultan Mehmetin İstanbulu fəth edərkən dediyi kimi - “ya mən səni alacağam, ya da sən məni”,  - çalışın”. Tanrı türkü qorusun!", - o vurğulayıb.

Qeyd edək ki, Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol 1453-cü il mayın 29-da Osmanlı sultanı II Mehmet tərəfindən fəth edilib. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirib. Eyni zamanda Bizans imperiyası tarix səhnəsindən silinib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə