Təqvim
Azərbaycanda Rusiya benzini satılacaq
22 oktyabr 2018 - 14:31

SOCAR şirkəti (ARDNŞ) Rusiyadan “Aİ-92” markalı benzin idxalına başlayıb. Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov deyib.

“Ümumilikdə, Rusiyadan 30 min tona yaxın “Aİ-92” markalı benzin idxalı planlaşdırılır, Avropadan da eyni həcmdə. O cümlədən, 10-15 min ton benzin Trkmənistandan idxal oluna bilər. İlk tədarük Rusiyadan həyata keçirilir, 16 min tona yaxın yanacaq artıq yüklənib, bunun 8,7 min tonu artıq Azərbaycana gətilirilib”, - İ.Əhmədov qeyd edib.

TƏMİR İŞLƏRİNİN MÜDDƏTİ UZANIR

O izah edib ki, ilki BNEZ-də müəssisədə qrafikə uğun təmir işlərinin həyata keçirildiyi dövr üçün müəyyən həcmdə ehtiyat yanacaq istehsal olunur. Lakin, zavodda palalel olaraq daha keyfiyyətli yanacağın istehsalına yönələn modernləşmə işləri aparılması səbəbindən, təmir işlərinin müddəti də uzanır.

“Məhz bu səbəbdən xaricdən illik müvəqqəti benzin idxalına zərurət yaranır. Təmir işlərinin əvvəlində daxili bazarda “Aİ-92” markalı benzinə tələbat daxili ehtiyatlar, sonrakı günlər isə idxal hesabına ödənilir”, - İ.Əhmədov qeyd edib.

Onun sözlərinə görə, noyabrın əvvəlindən etibarən BNEZ-nin ayrı-ayrı qurğularında istehsalın tədricən tam bərpası planlaşdırılır.

1 oktyabr 2018-ci il tarixindən etibarən SOCAR şirkəti (ARDNŞ) tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyəti qismən illik təmirə dayandırılıb.Təmir işləri orta hesabla bir aya yaxın davam edəcək.

BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə “Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir

Nazirlər Kabinetinin 1 oktyabr 2018-ci il tarixli qərarı ilə 95 və 92 oktan ədədi ilə benzinlər 90 gün müddətinə idxal rüsumundan azad edilib.ndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15%-i həcmində idxal rüsumuna cəlb edilib. 

BNEZ-də yalnız “Aİ-92” markalı benzin istehsal olunur. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Sənaye
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə