Təqvim
Dünyanın ən yaxşı hava limanının adı açıqlanıb
20 oktyabr 2018 - 23:09

"Business Traveller Awards 2018" mükafatının versiyası üzrə Sinqapurun Çanqi hava limanı 31-ci il ardıcıl olaraq dünyanın ən yaxşı hava limanı seçilib.

"Bİ" xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamın Sxiphol hava limanı Avropanın ən yaxşısı, Londonun Hitrou hava limanı isə "tax-free" sistemi ilə ƏDV məbləğini geri qaytarmaq istəyən şopinq həvəskarları üçün dünyanın ən yaxşısı seçilib.

Aviaşirkətlər arasında "British Airways" 3 nominasiya üzrə qalib gəlib: "Qısa məsafələrə ən yaxşı daşıyıcı", "Daimi müştərilər üçün ən yaxşı proqram" və "Ən yaxşı salon" (5-ci terminalın gözləmə zalına görə).

"Ən yaxşı loukoster" kateqoriyasında Britaniyanın "Easyjet" şirkəti qələbə qazanıb. "Şərqi Avropanın ən yaxşı aviaşirkəti" nominasiyasında "Aeroflot" birinci pillədə qərarlaşıb.

"Business Traveller Awards" mükafatı 1988-ci ildən oxucuların səsverməsinin nəticələri əsasında verilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə