Təqvim
"AccessBank" niyə reytinqdən imtina etdi?  
19 oktyabr 2018 - 15:59

"AccessBank"QSC beynəlxalq reytinq agentliyi olan "Fitch" ilə əməkdaşlığı qeyri-müəyyən vaxta qədər dayandırdı. Əlbəttə, eyni tendensiyanı aşağı reytinq alan digər bankların nümunəsində də gördük. Amma Azərbaycanda işləsə də bir Avropa bankı olan "AccessBank"ın reytinqdən imtina etməsi də digər banklar kimi adi qarşılana bilməz.    

 

 

“Bİ” xəbər verir ki, "Fitch" bir ay əvvəl “AccessBank”ın uzunmüddətli reytinqini B- səviyyəsindən C səviyyəsinə saldığını elan etdi. 
Xatırladaq ki, 2017-ci ildə açıqlanan reytinqə görə bankın vəziyyəti “yüksək kredit riski” ilə qiymətləndirilmişdi. Bu ilin avqustunda açıqlanan son reytinqdə isə bu “defolt vəziyyəti və bərpa olunma ehtimalı çox cüzi” səviyyəsinədək endirildi.  

Qeyd edək ki, ümumiyyətlə B kateqoriyasına investisiya reytinqi olan banklar düşür. “B-“ səviyyəsi isə bu kateqoriyada sonuncu pillədir və o deməkdir ki, bankın kredit portfeli zəifdir, dayanıqlı hesab olunmur. “AccessBank”ın bu səviyyəyə düşməsində təbii ki, Azərbaycanda ard-arda baş verən devalvasiyalar fonunda problemli kreditlər portfelinin kəskin artması önəmli rol oynadı. 

2018-ci il üzrə göstəricilərində “AccessBank” problemli kreditlərinin həcmini açıqlamasa da, pərakəndə bank bazarının aktiv iştirakçısı kimi onun kreditləşmədə yüksək iştirakı danılmazdır. Devalvasiyalar isə əhalinin bu bankdan xüsusən də dollarda aldığı kreditləri qaytarmasına problemlər yaratdı və nəticə bankın vəziyyətinə mənfi təsir göstərdi. 

Nəticə isə “C” səviyyəsi reytinqi oldu. Bu o deməkdir ki, bankın kredit portfeli ilə yanaşı kapitallaşmasında da problemlər var. 2018-ci ilin iyul ayı üzrə bankın hesabatına baxsaq, burada bankın məcmu kapitalının 28 milyon 96 min manat olduğunu görərik. Halbuki, prudensial normativlərə görə, bankın məcmu kapitalı 50 milyon manatdan aşağı olmamalıdır. Üstəlik, bankın əvvəlki dövrlərdən bölüşdürülməmiş 94 milyon manatlıq zərəri yığılıb. 

 

Bundan başqa, əsas göstəricilərdən biri olan bankın kapitalının adekvatlıq əmsalı “AccessBank”da normadan aşağıdır. Belə ki, bankın  1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı normada 5.00%-dən az olmamalıdır, 2018-ci ilin 6 ayının yekunlarına görə 1.99%-dir. Həmçinin məcmu kapitalın adekvatlıq əmsalı 10% minumumdan az, 4.05% göstərilib. 

"AccessBank"ın açıqlamasında deyilir ki, bundan sonra Agentlik banka reytinq verməyəcək. Öz növbəsində bu addım bankın xahişi əsasında atılıb. 
Xatırladaq ki, Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankıdır və gözlənilir ki, ilin sonuna qədər avropalı səhmdarlar banka əlavə kapital cəlb edərək, bu vəziyyətdən çıxacaqlar.  Təbii ki, bundan sonra bankın yenidən beynəlxalq reytinq alması bərpa olunacaq. 
Beləliklə, hazırda 30 bankdan yalnız 3-ü beynəlxalq agentliklərdən kredit reytinqi alır: bunlar Kapital Bank, Paşa Bank və Xalq Bankdır. 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə