Kiyevdə komendant saatı fevralın 26-sı saat 17.00-dan fevralın 28-i saat 08.00-dək tətbiq ediləcək. Bu barədə paytaxtın meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib. “Paytaxtın daha effektiv müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün bu gündən komendant saatı tətbiq olunacaq”, - o bildirib. V.Kliçkonun sözlərinə görə, komendant saatı zamanı küçədə olan bütün mülki şəxslər düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri sayılacaq: “Sizdən xahiş edirəm ki, vəziyyətə anlayışla yanaşasınız və küçələrə çıxmayasınız”.
Bütün hüquqlar qorunur © 2025