Təqvim
Yolu bağlayan TIR sürücüləri həbs olundular
18 fevral 2022 - 18:17

Bakıda yolu bağlayan TIR sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka həbs olunublar.

Bu barədə qərar Nərimanov Rayon Məhkəməsində elan edilib.

Bundan başqa, sürücü Bəxtiyar Məmmədov səhhəti ilə əlaqədar olaraq məhkəməyə çıxarılmayıb.

Rəmiş Cəfərovun barəsində isə cinayət işi olduğu üçün onunla bağlı həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata ayrıca baxılıb. və istintaq orqanının təqdimatı əsasında 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə