Təqvim
“Ağcabədi” yarımstansiyası istifadəyə verildi
14 fevral 2022 - 16:15

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək yenidən qurulub.

İşğaldan azad edilən ərazilərə qonşuluqda yerləşən sistem əhəmiyyətli “Ağcabədi” yarımstansiyasında yeni İdarəetmə Mərkəzi tikilib. Müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə, avtomatika sistemləri ilə təchiz olunmuş rəqəmsal İdarəetmə Mərkəzində yerli mikro-SCADA dispetçer idarəetmə sistemi yaradılıb. 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular İdarəetmə Mərkəzinin daxilində yerləşdirilib. İdarəetmə Mərkəzi ilə 110 kilovoltluq açıq paylayıcı qurğu arasında xüsusi hermetik kabel kanalları tikilib.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

Qeyd olundu ki, yenidən qurulan yarımstansiya “Ağcabədi” şəhərində və rayon ərazisində yerləşən yaşayış məntəqələrini, meliorasiya, sənaye, sosial infrastruktur, ictimai-iaşə və digər obyektləri elektrik enerjisi ilə təchiz edəcək.

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha: QOÇ KOROĞLUYA MƏKTUB19:04, 13 avqust 2022
Ata 5 yaşlı qızının üstünə qaynar su tökdü 18:51, 13 avqust 2022
Gürcüstan Ermənistana yüklərin daşınmasına icazə verdi 18:49, 13 avqust 2022
Xəzər dənizində bir nəfər batdı 18:48, 13 avqust 2022
Çin uçan insansız sualtı qayıq hazırlayır 18:44, 13 avqust 2022
Gülağa Tənha: NƏ MƏN SƏNDƏN, NƏ SƏN MƏNDƏN16:58, 12 avqust 2022
Rusiya İrandan dronlar alacaq 16:56, 12 avqust 2022
"Müharibə Rusiya iqtisadiyyatını dörd il geri saldı" 16:43, 12 avqust 2022
Əsginaslar bankda yenilənmək əvəzinə zibil qablarına atıldı 16:39, 12 avqust 2022
Prezident ona "Şərəf" ordeni verdi - SƏRƏNCAM16:37, 12 avqust 2022
İlham Əliyevdən 10 min nəfəri sevindirəcək SƏRƏNCAM16:35, 12 avqust 2022
Masallıda arıçılara sublimator avadanlığı verilib Akif Ağayev, +FOTO=516:07, 11 avqust 2022
Gülağa Tənha "Dərdin nazını çəkmə" kitab təqdimatı. Çıxış edir: Xalq şairi Fikrət Qoca 15:47, 11 avqust 2022
Prezident bu rayona icra başçısı TƏYİN ETDİ15:28, 11 avqust 2022
Türkiyə və Ermənistan xüsusi nümayəndələri bu tarixdə görüşəcək 15:19, 11 avqust 2022
Ermənistanda valideynlər aksiya keçirdi 15:16, 11 avqust 2022
Yemək yeyərək intihar etməyə cəhd etdi 15:15, 11 avqust 2022
Avropa Rusiya kömürünü QADAĞAN ETDİ15:11, 10 avqust 2022
Qurban Qurbanov futbolçuları belə təbrik etdi +VİDEO15:08, 10 avqust 2022
"Ukraynalı əsgərlərə təlimlər keçəcəyik" - Danimarkalı nazir15:06, 10 avqust 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə